“Kirayədə qalan şəxslər də ünvanlı sosial yardım ala bilər”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yardım üçün müraciət edən şəxs kirayə müqaviləsinin xərclərini rekvizitlərdə göstərməlidir: “Bu zaman kirayə xərcləri və ümumi xərclər nəzərə alınaraq ünvanlı sosial yardım almaq mümkündür”.