2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3716,9 manat, qeyri neft-qaz sektorunda 946,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 960,7 manat, özəl müəssisələrdə isə 1034,2 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.