İsmayıllı rayonunda yerləşən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu üçün inzibati bina inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Eyni zamanda, qoruq üçün avtomobil dayanacağının tikintisi də nəzərdə tutulub.

Agentlik qeyd olunan işlərə 750 min manatdan çox vəsaitin sərf olunacağını ehtimal edir.