Müdafiə Sənayesi Nazirliyinin “Peyk zavodu” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, zavodun vergi borcunun miqdarı 1 902 348,84 manat təşkil edir.

Qeyd edək ki, çoxlaylı çap lövhələri istehsal edən “Peyk zavodu” 1993-cü ildə Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə tikilib. 1993-2005-ci illər ərzində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

“Peyk zavodu”nun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı;
  • əyilgən çap lövhələrinin istehsalı;
  • sərt-əyilgən çap lövhələrinin istehsalı.   

Xatırladaq ki, 1 765 578 manat nizamnamə kapitalına malik olan zavodun direktoru və qanuni təmsilçisi Hümbətov Məhəbbət Şəmşəd oğludur.