İmişli rayonunda xurmanın yığımına başlanılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, fermerlər "Report"a bildirib ki, bu il məhsul həmişəki kimi boldur.

Belə ki, hər ağacdan 40 kq-a yaxın məhsul toplanır. Lakin məhsulun alış qiyməti fermerləri qane etmir:

"Həmişə xurmanı 1 manata satmışıq, amma bu il qiymətlər çox aşağı - 30 qəpiyə qədər ucuzlaşıb. Məcbur qalıb həmin qiymətə satırıq. Yoxsa məhsulumuz məhv ola bilər".