Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən İqtisadiyyat.az-a bildirilib ki, cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

“Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər”, - məlumatda qeyd olunub.

***

14:06

Bakı Fransız liseyi fəaliyyətini dayandırır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı liseydə tədris alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.//report