Vəlvələçay Taxtakörpü Kanalının sağ tərəfində torpaq sürüşməsinin aradan qaldırılması və terrasların yaradılması işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, işlər Samur-Abşeron Kanalının İstismarı İdarəsinin sifarişi ilə həyata keçiriləcək.

Qeyd edək ki, İdarə ötən il də kanalın sağ sahil hissəsində sürüşmənin qarşısının alınması məqsədi ilə yamaclarda terrasların təmiri işlərinə başlamışdı. Həmin vaxt təmir işlərinə 200 min manatdan çox vəsait sərf olunmuşdu.