"Göyçay-çörək" Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın aprel ayının 28-də saat 14-00-da keçiriləcəyi nəzərdə tutulub.

Yığıncağın gündəliyi aşağıdakılardır:

1.Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Ləğvetmə komissiyasının hesabatı. Ləğvetmə balansının təsdiqi.

2. Cəmiyyətin AZ1001010631 nömrəsi ilə dövlət qeydiyyatına alınmış 242233 ədəd adi, sənədsiz, adlı səhminin dövriyyədən çıxarılması.

3.Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi.

4.Qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq Cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.

5. Ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi. 

Qeyd edək ki, "Göyçay-Çörək" 1980-cı ildə fəaliyyətə başlayan 17 saylı Göyçay çörək zavodunun bazasında yaradılıb. Əvvəllər təşkilati hüquqi forması Açıq Tipli Səhmdar Cəmiyyəti olan şirkət 1997-ci ildən “Göyçay-Çörək” ASC-yə çevrilib. 6 may 2001-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən keyfiyyət sərgisində müəssisənin məhsulları "Keyfiyyət üzrə Qızıl Ulduz" mükafatına laiq görülmüşdür.

1998-ci ildə müəssisənin nəzdində Un dəyirmanı qurulub, bununla da xammal təchizatı ilə bağlı bütün problemlər aradan qaldırılıb.