İqtisadiyyat.az xəbər verir ki, "İndigo" Körpələr Evi-Uşaq Bağçası adını və təşkilati-hüquqi formasını dəyişib.

Bağça "İndigo Körpələr Evi-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.

Qeyd edək ki, "İndigo" Körpələr Evi-Uşaq Bağçası 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi "Bağçam" şəbəkəsinin qurucusu və baş direktoru, eləcə də "Körpə Ulduz" Uşaq Bağçasının qanuni təmsilçisi Samirə Muxtar qızı Dünyamalıyevadır.