Azərbaycanda bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının dəyəri 812,4 milyon manat təşkil edib. Bu da ötən ilin eyni ayları ilə müqayisədə 6,6 % çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft məhsullarının istehsalında neft bitumu istehsalı 58,9 faiz, ağ neft 19,8 faiz, avtomobil benzini 14,8 faiz artıb, sürtkü yağlarının istehsalı isə 25,4 faiz azalıb.

 

Gözəl Həşimova