Azərbaycanda bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalının dəyəri 1275,2 milyon manat təşkil edib. Bu da ötən ilin eyni ayları ilə müqayisədə 5,4 % çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft məhsullarının istehsalında neft bitumu istehsalı 29,8%, ağ neft 16,9%, avtomobil benzini 9,9% artıb, sürtkü yağlarının istehsalı isə 5,8% azalıb.

 

Gözəl Həşimova