“Bayram günləri və həftəsonları məhdudiyyətlərin olması barədə müzakirələr gedir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, əvvəlki yaşayış tərzimizə, həyatımıza qayıdacağımız barədə düşünməməliyik:
“Hələ uzun müddət qaydalara riayət etməliyik. Kontrollu sosial həyat əsas devizimiz olmalıdır. Tibbi maska və sosial məsafənin gözlənilməsinə əməl olunmalıdır”.