Azərbaycan Mərkəzi Bankı ölkədəki banklar tərəfindən vətəndaşlara ayrılan kredit limitlərinin hesablanması qaydalarını dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, Operativ Media-nın əldə etdiyi məlumata görə, bununla əlaqədar banklara müvafiq məlumat göndərilib.

Belə ki, 1 iyul 2025-ci il tarixindən etibarən vətəndaşlara kredit kartının xətti üzrə maksimum 5 əməkhaqqı məbləği qədər kredit ayrılacaq. Yaxud, kreditin limiti vətəndaşın artıq kartından istifadə etdiyi məbləğə qədər endiriləcək.

Sözügedən məsələ ilə bağlı bankların bəziləri artıq müştərilərinə xəbərdarlıq ediblər.

Qeyd edək ki, kredit kartı istehlak kreditinə daxil hesab olunmur.