"Muğan Bank" ASC-nin lisenziyasının ləğv edilməsi ilə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 23-ə enib.
İqtisadiyyat.az xəbər verir ki, cari il ərzində bağlanan bankların sayı isə 2-yə çatıb.
Belə ki, bu ilin may ayında "Günay Bank"ın lisenziyası ləğv edilib. Həmin vaxt Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb ki, buna səbəb Bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.
Bu gün isə AMB İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib. Qeyd olunub ki, buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır.
AMB həm "Günay Bank", həm də "Muğan Bank"ın bağlanmasının bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmadığını açıqlayıb.
Əhalinin bu banklardakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar isə qanunvericiliyə uyğun qaydada ödəniləcək.
Hazırda Azərbaycanda 23 bank fəaliyyət göstərir:
“Accessbank” QSC
“AFB Bank” ASC
“Azərbaycan Beynəlxalq Bankı” ASC
“Azərbaycan Sənaye Bankı” ASC
“Azər-Türk Bank” ASC
“Bank Avrasiya” ASC
“Bank of Baku” ASC
Bank “BTB” ASC
“Bank Respublika” ASC
“Premium Bank” ASC
Bank VTB (Azərbaycan) ASC
“Exprressbank” ASC
"Kapital Bank" ASC
Melli İran Bankı Bakı Filialı
“NaxçıvanBank” ASC
"Yelo Bank" ASC
"Paşa Bank" ASC
"RabitəBank" ASC
"TuranBank" ASC
"UniBank" ASC
"Xalq Bank" ASC
"Yapı Kredi Bank Azərbaycan" QSC
“Ziraat Bank Azərbaycan” ASC
Xatırladaq ki, bu il ərzində bağlanan hər iki bank 1992-ci ildə yaradılıb.
Gözəl Həşimova