Bu ilin ilk ayında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 503,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 26,7 faiz artıb.
İqtisadiyyat.az bununla bağlı Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən material hazırlayıb.
Neft məhsullarından neft bitumu istehsalı 62,9 faiz, sürtkü yağları istehsalı 41,7 faiz, ağ neft istehsalı 40,5 faiz, qazoylların (dizel yanacağının) istehsalı 26,1, avtomobil benzini istehsalı 7,1 faiz artıb, neft koksunun istehsalı isə 9,7 faiz azalıb.