Azərbaycanda iribuynuzlu heyvanların birkalanması prosesi davam etdiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu il ərzində 500 mindən çox iribuynuzlu heyvanın identifikasiyası işləri həyata keçiriləcək. 

Beləliklə, heyvanlar haqqında məlumatlar heyvanların identifikasiyası və qeydiyyatı sisteminə daxil ediləcək.

Bununla yanaşı at və dəvələrin də identifikasiyası davam etdiriləcək. Belə ki, atlar və dəvələrin identifikasiyası üçün istifadə olunan radiotezlikli nişanlanma vasitələrindən 3000 ədəd alınacaq.

500 000 ədəd birka və 3000 ədəd radiotezlikli nişanlanma vasitəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 590 min manata başa gələcək.