"Aynur-119" ASC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 119 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, fevralın əvvəlində şirkətin ləğv olunması ilə bağlı Cəmiyyətin səhmdarların ümumi yığıncağı keçirilib.
Xatırladaq ki, "Aynur-119" ASC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. 46 170 manat nizamnamə kapitalına malik şirkətin qanuni təmsilçisi İsmayılov Əziz Maarif oğludur.