Dövlət Vergi Xidməti “Həkəri Aqropark” MMC-ni dövlət qeydiyyatına alıb.

Bu barədə dövlət Vergi Xidməti məlumat yayımlayıb.

Məlumata görə,şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr ev 90-dır. 50 min manat nizamnamə kapitalına malik olan “Həkəri Aqropark” şirkətinin qanuni təmsilçisi Mehraclı Sevindik Elman oğludur.

Qeyd edək ki, Nizami rayonu, Heydər Əliyev pr ev 90 ünvanında yaradılmış digər aqropark şirkəti “Suqovuşan Aqropark” MMC-dir. Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti “Suqovuşan Aqropark” MMC-ni də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr ev 90-dır.

50 min manat nizamnamə kapitalına malik olan “Suqovuşan Aqropark”ın qanuni təmsilçisi Abbasov Çingiz Paşa oğludur.