Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Premium Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma Pakistan bankında (100%), ən az azalma isə “PAŞA Bank”da (1,2%) qeydə alınıb.

Qalan 19 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (73,6%), ən aşağı dinamika isə “Bank Avrasiya” ASC-də (1,7%) qeydə alınıb. 

4 bankın 9 aylıq faiz xərcləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 40 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (61 milyon 405 min manat) və “Azərbaycan Beynəlxalq Bankı” (59 milyon 131 min manat) ASC-lər, “Access Bank” QSC (41 milyon 107 min manat) və “Unibank” (40 milyon 922 min manat) ASC-dir.

Qalan 22 bankdan 9-da faiz xərcləri 10-40 milyon manat arasında, 13 bankda isə 10 milyon manatdan az olub.