İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub.