Azərbaycanda fermerlər əkin sahələrini və yığılacaq məhsulu yanğın, dolu, zərərvericilər, xəstəliklər və üçüncü şəxslərin vurduğu zərərdən qorumaq üçün aqrar sığortaya müraciət edə bilərlər.

İqtisadiyyat.az bildirir ki, Aqrar Sığorta Fondundan oxu.az-a bir hektar taxıl sahəsinin sığortalanmasının neçəyə başa gəldiyi barədə məlumat verilib.

Belə ki, təqribən 1 200 manatlıq taxıl yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:

Qarabağ regionu - 10 manat;

Şərqi Zəngəzur regionu - 10 manat;

Şəki-Zaqatalada - 16-17 manat;

Lənkəran-Astara region - 7 manat;

Qazax-Tovuz ərazisi - 24-25 manat;

Mərkəzi Aran rayonları - 8 manat;

Quba-Xaçmaz bölgəsi - 7 manat;

Mil-Muğan regionunda - 8 manat;

Abşeron-Xızı bölgəsində - 7 manat;

Gəncə-Daşkəsən regionunda - 24-25 manat;

Şirvan-Salyan zonasında - 8 manat;

Dağlıq Şirvan bölgəsində - 11-12 manat;

Bakıda - 7 manat.

Fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizinin ödənişi isə fermerlərə dəstək üçün dövlət tərəfindən ediləcək.