Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 008 871,33 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk yeddi ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 14,1% çoxdur.
Ümumilikdə yanvar-iyul aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,02% təşkil edib.