Azərbaycan bu ilin yanvar-iyul aylarında 1,4 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 547 milyon dollar və ya 58,9 % çoxdur.

Hesabat dövründə avtomobillər və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 15,44 %-ni təşkil edib.

 

Gözəl Həşimova