Müharibə başlayandan Ukraynadan Cənubi Qafqaz ölkələrinə miqrasiya edən qaçqınların sayı 31 159 nəfər olub.

Bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Məlumata görə, bu ilin sentyabrın 13-nə kimi Cənubi Qafqaz ölkələri arasında ən çox ukraynalı qaçqın qəbul edən ölkə Gürcüstan olub - 26 031 nəfər. Azərbaycana üz tutan ukraynalıların sayı 4 639, Ermənistana köç edənlərin sayı isə 489 nəfər təşkil edib.

Bu dövrdə Dünya Bankının qeydə aldığı ukraynalı qaçqınların sayı ümumilikdə 7 milyon 333 min 721 nəfər təşkil edib. Ukraynalı qaçqınların ən çox üz tutduğu ölkələr Polşa (1,379,470), Almaniya (1 003 029 nəfər) və Çexiya (431 462 nəfər) olub.