2022-ci ilin avqust ayında Azərbaycana 171 960 nəfər əcnəbi səfər edib. 

Bu barədə Dövlət Turizm Agentliyinin statistik məlumatlar bölməsində qeyd edilib. 

Bildirilib ki, ötən ay Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib. 

Ötən ay Rusiyadan 43 min, Türkiyədən 24 200, Səudiyyə Ərəbistanından isə 22 800, İrandan 14 400 və Gürcüstanda 7 600 nəfər ölkəmizə səfər edib. 

Azərbaycana ən az səfər edənlər arasında Ukrayna yer alıb ki, bu rəqəm 2000 nəfər təşkil edir. 

2021-ci ilin avqust ayında Azərbaycana cəmi 34 Səudiyyə Ərəbistanı vətəndaşı gəlmişdi.