2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 1 milyon 65 min dollar dəyərinda 46 min 763 ədəd elektrik enerjisi sayğacı idxal olunub.

İqtiadiyyat.az bildirir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 85.2% və ya 21 min 509 ədəd, məbləğ baxımından isə 2.6 dəfə və ya 706 min dollar çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 402.95 min dollar dəyərində 25 min 254 ədəd elektrik enerjisi sayğacı idxal olunub.

Qeyd edək ki, Azərbaycana gətirilən elektrik sayğaclarının 15 min 446(33%-i) ədədi Çindən, 31 min 317(67%-i) ədədi isə Türkiyədən idxal edilib.

Xatırladaq ki, bu dövrdə ölkəyə gətirilən elektrik enerjisi sayğaclarının idxal qiyməti 42.8% artıb. Belə ki, ötən il sayğacların 1 ədədinin orta idxal qiyməti 16 dollar təşkil etmişdirsə, bu qiymət cari ilin yanvar-fevral aylarında 22.8 dollara bərabər olub.