Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da növbəti matçına çıxıb.

Samir Əliyevin çalışdırdığı komanda qrup lideri Ukrayna yığmasını qəbul edib. Millimiz bu oyunda növbəti darmadağına üzülüb.

Qrupun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-nin seçmə mərhələsi

F qrupu

26 mart

Azərbaycan – Ukrayna 0:3

Qollar: A.Yatsuk, 25. O.Oçeretko, 40. V.Rubxniski, 66