Bu ilin sonuna Azərbaycan yeni orbital mövqe alacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

“İlin sonuna kimi 46-cı orbital mövqeyi alacağıq. Biz daima bazarı izləyirik və istəyirik ki, orbital mövqeyimiz 13:23 olsun”, - deyə Saməddin Əsədov qeyd edib.