Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 692,8 ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Ötən ay Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri isə illik müqayisədə 33,6% çox – 173,305 milyon dollar təşkil edib. Qonşu ölkənin meyvə və tərəvəz məhsullarının ən böyük idxalçıları ABŞ (30,577 milyon dollar, 62,7%), Almaniya (23,758 milyon dollar, 22,3% çox) və İraq (18,836 milyon dollar, 63,2% çox) olub.