“Biz bu hücumu pisləyirik və İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik. İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi".

İqtisadiyyat.az xəbər verir ki, bunu “TRT Haber”ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.