Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 133,6 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon dollar və ya 28,7 % azalıb.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,46%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 187,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova