Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 544 milyon 433 min ABŞ dolları məbləğində 537,7 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 1,86 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 488,4 milyon ABŞ dolları dəyərində 462,6 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova