Azərbaycan ötən il 161,9 milyon dollar dəyərində 140,5 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci illə müqayisədə pomidor ixracı dəyər ifadəsində 5,6 milyon dollar azalıb.

Əlavə edək ki, 2022-ci ildə Azərbaycandan 167,6 milyon dollar dəyərində 141,4 min ton pomidor ixrac edilib.

 

 Gözəl Həşimova