Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 70 min 722,7 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,2 dəfə çoxdur.

AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $74 milyon 491,21 min (artım 31,2 dəfə) təşkil edib.

54 milyon 835,33 min  dollar dəyərində 51 min 659,81 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 73%-i) Rusiyadan, $19 milyon 655,88 min dəyərində 19 min 62,89 ton avtomobil benzini isə Türkmənistandan idxal edilib.