2021-ci ilin yanvar-mart aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 1,6 dəfə - 15,682 min ədədə qədər artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $4 milyon 647,4 min məbləğində (artım 46,3%) qiymətləndirilir.

Həmçinin, yanvar-martda Azərbaycana $29 milyon 483,4 min dəyərində (artım 27,4%) 174,4 min ədəd (azalma 4%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 8,5% - 46,596 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $9 milyon 741,5 min (artım 0,48%) təşkil edir.