İqtisadiyyat.az xəbər verir ki, mövzu ilə bağlı Operativ Media-nın sorğusuna cavab olaraq, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, ETX “DarkWeb”də bəzi vətəndaş məlumatlarının sızdırılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialardan xəbərdardır.

“Kapital Bank”la qarşılıqlı əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar nəticəsində məlumat sızıntısı faktı təsdiqini tapmayıb. ETX bu istiqamətdə ölkədə fəaliyyət göstərən bütün banklarla mütəmadi olaraq əməkdaşlıq edir"- deyə Dövlət Xidmətindən bildirilib. 

ETX eyni zamanda, vətəndaşlara onlayn platformalardan istifadə zamanı informasiya təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyi, bank kartı və digər fərdi məlumatlarını yalnız etibarlı və rəsmi mənbələrdə istifadə etməyi tövsiyə edir.

Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən "Operativ Media"ya bildirilib ki, dövlət informasiya ehtiyatları sistemində mövcud məlumatların mühafizəsi yüksək səviyyədə təmin olunur və hər hansı məlumat sızması baş verməyib.