Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərin inkişafı, əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılacaq.

İqrtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkmənistana səfərimiz çərçivəsində bu ölkənin hökumətinin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirəcəyik", - deyə nazir qeyd edib.