Azərbaycan Mərkəzi Bankı (AMB) və Qətər Maliyyə Mərkəzi arasında maliyyə sektorundakı güzəştlər müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qətərə rəsmi səfərimiz çərçivəsində Qətər Maliyyə Mərkəzinin rəhbəri Yusif Məhəmməd Əl-Caidə ilə görüşdük. Görüş zamanı Mərkəzin fəaliyyəti və Qətər maliyyə sektorunun inkişafındakı rolu, eləcə də şirkətlər üçün yaradılmış imkanlar və güzəştlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.