Bu ilin yanvar-fevral Azərbaycan 16,9 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri ötən ilin eyni ayları ilə müqayisədə 87,5 min dollar azdır.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,69 %-ni təşkil edib.

 

Gözəl Həşimova