Ötən ilin dekabrında Türkiyənin Azərbaycandan təbii qaz idxalı 962 milyon 20 kubmetr təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun ötən ilin dekabr ayına olan “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Ümumillikdə ötən ilin dekabr ayında Türkiyənin təbii qaz idxalı 2022-ci ilin eyni ayına görə 4,4% artaraq 6 milyard 63 milyon 120 min kubmetrə çatıb.

Ötən ilin dekabrında ən çox təbii qaz idxalı 2 milyard 123 milyon 540 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 962 milyon 20 kubmetrlə Azərbaycan, 781 milyon 490 min kubmetrlə İran izləyib.

 

Gözəl Həşimova

Gözəl Həşimova