Azərbaycan taekvando millisi BƏƏ-də G2 kateqoriyalı Fujeyra açıq çempionatında çıxış ediblər.

İqtisadiyyat.az xəbər verir ki, yığma yarışda 4 medal qazanıb.

Belə ki, komandada ən yaxşı nəticəni Milad Beiqi Harçeqani (+87 kq) göstərib. O, finalda məğlub olub və gümüş medalla kifayətlənib.

Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) isə yarışı bürünc medalla başa vurublar.