Azərbaycan bu ilin yanvar-noyabr ayları ərzində 22,4 milyon dollar dəyərində 11,6 min ton süd idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,5 milyon dollar çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.14 %-ni təşkil edib.

 

Gözəl Həşimova