Ötən il Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 239,1 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 10,5 milyon dollar çoxdur.

Məlumata görə, 2022-ci ilə ölkə şəkər idxalına 228,6 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,38%-ni təşkil edib.

 

Gözəl Həşimova