Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 216,4 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6% çoxdur.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 177,8 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,53%-ni təşkil edib.

 

Gözəl Həşimova