Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda növbəti görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşla qarşılaşıb. Abbasov rəqibini məğlub edib - 1:0.

Tərəflər arasındakı ilk görüş heç-heçə başa çatmışdı. 

Abbasov bu nəticə ilə yarımfinala vəsiqə qazanıb.