Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 181 ölkə arasında 33,03 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb. Bununla da ölkə bu siyahıda 5 pillə irəliləyib.
Bu barədə İqtisadiyyat.az “Speedtest Global Index”ə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycan mobil internetin sürətinə görə 145 ölkə arasında 45,45 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bununla da ölkə siyahıda 3 pillə geriləyib.
Eyni zamanda, noyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 45,56 MB/S sürətlə 169 şəhər arasında 73-cü yeri tutub. Paytaxt sabit genişzolaqlı internetin sürətinə görə isə 35,72 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb.
Gözəl Həşimova