Azərbaycan Rusiyaya yumurtanın növbəti partiyasını tədarük edib.

İqtisadiyyat.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, yük daxil olduqdan sonra ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvəqqəti saxlama anbarında nümunə götürülüb.

Azərbaycandan Rusiyaya həcmi 18,63 ton olmaqla 306 min ədəd yumurta göndərilib.

Ümumilikdə Azərbaycandan Rusiyaya 1,8 milyon ədəd yumurta idxal edilib.