Bu ilin beş ayı ərzində Rusiya rüsumsuz idxal çərçivəsində 400 milyon ədəd yumurta idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert "Interfax"a bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə bu məhsulla bağlı böyük problem yoxdur və gələcək tədarüklərin həcmi bazarın konyunkturasından asılı olacaq.

Məlumata görə, Azərbaycan və Türkiyə Rusiyaya müvafiq olaraq 20,1 və 12,3 milyon ədəd toyuq yumurta ixrac edib.

 

Gözəl Həşimova