Azərbaycan Rusiyaya 1,5 milyon yumurta ixrac edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Bildilirib ki, yanvarın 11-nə kimi Azərbaycandan Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) ixrac edilib.

"Yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18,63 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası gətirilib", - deyə Rosselxoznadzorun yaydığı məlumatda qeyd olunub.