Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.

İqtisadiyyat.az bildiir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. O, Mirozyanla danışıqlarda XİN başçılarının üçtərəfli görüşünü müzakirə etdiklərini söyləyib:

“Erməni həmkarlarımız bu günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən mətbuat konfransında səslənən “Ermənistan bu cür görüşün keçirilməsinə hazırdır” bəyanatını təsdiqlədilər. Düşünürəm ki, yaxın vaxtlarda hansı tarixlərin üç nazirin hamısının qrafiklərinə uyğun olmasına baxacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.